image-2000x150px
image-123
image-ads_atlas
image-1616136607-680279-sebine-450x250backend

“Məhkumları Prezidentin addımından nəticə çıxarmağa çağırıram”

image-728x90px

“Ombudsman tərəfindən 72 məhbusun əfv olunması ilə bağlı müraciət müsbət həllini tapıb. Cənab Prezidentin sərəncamı ilə onlar azadlığa buraxılıb”.

Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Prezidentin imzaladığı əfv sərəncamı ümumilikdə 625 məhkuma şamil edilib:

“Bu bizi, məhkumları, onların ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk. Əfv olunan məhkumları cənab Prezidentin bu humanist addımından nəticə çıxararaq, gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olmağa çağırıram”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki