image-n1karobka_ads
image-123
image-9backend

Meksikanın ən böyük vulkanı püskürdü

image-ad_qayo_720x110px

Meksikanın ən böyük vulkanı Popokatepetl püskürüb. Bu səbəbdən Mexiko hava limanında onlarla reys təxirə salınıb.

Doğru.az xəbər verir ki, bu barədə paytaxtın Benito Xuarez adına beynəlxalq hava limanının səhifəsində məlumat verilib.

Vulkanın yaydığı kül buludunun Meksika körfəzinə doğru hərəkət etdiyi bildirilib.

Qeyd edək ki, Mexikodan təxminən 70 km məsafədə yerləşən Popokatepetl Latın Amerikası ölkəsinin ən böyük və aktiv vulkanlarından biridir. Onun hündürlüyü 5,42 km-ə çatır.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki