“Mətbuatın məmurlardan asılılığına son qoymaq lazımdır“ – Baş redaktorbackend

“Mətbuatın məmurlardan asılılığına son qoymaq lazımdır“ – Baş redaktor

“Medianın İnkişafı Agentliyinin yaranmasını müsbət hal kimi qiymətləndirirəm. Etiraf edək ki, media sahəsində müəyyən boşluqlar var, mövcud qanunlar bu boşluğu doldurmağa qadir deyil. Ümid edirəm ki, Medianın İnkişaf Agentliyi mətbuatın inkişafına töhfə verəcək, xüsusilə onlayn media üçün xarakterik olan bəzi nöqsanların aradan qaldırılmasını təmin edəcəkdir”.

Bu sözləri Modern.az-a açıqlamasında “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. Seymur Verdizadə qeyd edib ki, bəzi jurnalistlər senzuranın yenidən qayıdacağından əndişələnsələr də, bu, mümkün deyil: 

“Yeni qurumun başlıca vəzifəsi mətbuatda peşəkarlığın artmasını təmin etmək, reklam bazarının dirçəlməsinə töhfə verməkdən ibarət olmalıdır. Mətbuatın məmur-oliqarxlardan asılılığına son qoymaq lazımdır. Bunun üçün güclü maddi-texniki baza lazımdır. Azərbaycanda reklam bazarını dircəltmək və reklamdan gələn gəlirlərin ədalətli bölünməsini təmin etməklə buna nail olmaq mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki