image-n1karobka_ads
image-123
image-inshot_20240613_163238976backend

Metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verən yanğın SÖNDÜRÜLÜB

Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb.

Bu barədə Doğru.az-a  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən digər ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Xatırladaq ki, 13:00 radələrində Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanğın baş vermiş, əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunmuşdu.

Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.

Doğru.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki