image-2000x150px
image-123
image-ads_atlas
Millət vəkili Qənirə Paşayeva Qarabağ qazisi İlham Zəkiyevi təbrik etdi-FOTObackend

Millət vəkili Qənirə Paşayeva Qarabağ qazisi İlham Zəkiyevi təbrik etdi-FOTO

image-728x90px

MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva I Qarabağ müharibəsi qazisi, Azərbaycanın Əməkdar İdman ustası, ikiqat Paralimpiya Oyunları çempionu cənab İlham Zəkiyevlə görüşüb, onu ad günü və cənab Prezident tərəfindən ordenlə təltif olunması münasibətilə təbrik edib:

Doğru.az xəbər verir ki, Qənirə Paşayeva tanınmış idmançı və ictimai xadimi, vətəncanlı ziyalımızı doğum günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar diləyib.

Sizin ziyalılığınız, peşəkarlığınız, xeyirxahlığınız bütün dünya azərbaycanlılarına, dünya paralimpiya hərəkatına yaxşı məlumdur .Siz müxtəlif dövrlərdə Paralimpiya, Dünya, Avropa səviyyəli yarışlarda qalib olmuş, bayrağımızı ucaltmısız.
Sizin xidmətləriniz müstəqil Azərbaycanın “Şöhrət”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, eləcə də, “Tərəqqi” medalı və Prezidentin fəxri diplomuna layiq görülüb.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!”
Q.Paşayeva İkiqat Paraolimpiya çempionu olan qaziyə üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı və Qarabağ motivli digər xatirə hədiyyələri təqdim edib.
İ.Zəkiyev səmimi görüş və təbriklər üçün komitə sədrinə təşəkkür edib.
Görüşdə RHİMİB sədri Arzu Bağırova iştirak edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki