Milli-mənəvi dəyərlər ən böyük sərvətdir-Qərənfil Ağalarovabackend

Milli-mənəvi dəyərlər ən böyük sərvətdir-Qərənfil Ağalarova

“Mən həmişə fəxr edirəm ki,Azərbaycanlıyam” Ulu Öndər Heydər Əliyev. Hər bir xalqı dünyada tanıdan həmin xalqın həm maddi,həm mənəvi sərvətləridir. Milli-mənəvi dəyərlər isə ən böyük zənginlik,ən böyük sərvətdir.Nə qədər zəngin təbii sərvətlərə sahib olsa da mənəvi dəyərlərinə sahib çıxmayan,onu qoruyub inkişaf etdirərək nəsildən nəsilə ötürə bilməyən xalqlar tarix səhnəsindən silinərək məhv olurlar.Ancaq öz mənəvi dəyərlərinə qoruyan,yaşadan xalqlar nə qədər məşəqqətlər,istilalara məruz qalsalar da yüksəliş qazanmış və dünyada aparıcı rol almışdılar.Bu baxımdan ən şərəfli və mənəvi dəyərlərlə zəngin xalqlardan birinin nümayəndəsi olmaqla Ulu Öndər təbiri ilə desək fəxr edirəm!Ən ağır tarixi məşəqqətlərə,represiyalara məruz qalsa da mənəvi dəyərlərinə həmişə sadiq xalqım Allahın köməyi və ləyaqətli övladlarının fədakar fəaliyyətləri,cəhdləri sayəsində günü gündən inkişaf edir,ucalır.,dünyanın aparıcı dövlətləri sırasında yüksək mövqeyə sahib olur.

Ateist Sovet İttifaqı dönəmində dini dəyərlərinə,adət-ənənələrinə kəskin qadağalar qoyulsa da,bu xalq öz dini inancına sadiq qalaraq onu qoruyub saxladı.Adət-ənələrini yaşatdı.Ədəbi,tarıxı keçmişimizdən qoparmaq üçün əlifbasını dəfələrlə dəyişsələr də sücaətli və əzmli xalqım öz ədəbi,mədəni dəyərlərini bu günlərə gətirib çıxarmağı bacardı.Bu gün müstəqillik əldə etdikdən sonra isə daha sivil,daha müasir şəkildə dini,milli-mənəvi dəyərlərini inkişaf etdirir və bütün dünyaya tanıtdı.Tarixən yüksək dövlətçilik irsinə sahib olduğuyçün müstəqilliyini qazandığı gündən bu günə kimi öz irsinə sadiqliyini sübut etdi.İnkişaf etməkdə olan dövlətlərdən olsa da,dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqaisə olunur şanlı dövlətim.İstər daxil olduğu nəhəng iqtisadi layihələrlə,istər idman sahəsində,istərsə də incəsənət və mədəniyyət sahələrindəki uğurlarıyla.Bütün bunlar isə xalqımızın layiqli oğlu Ulu Öndərimiz Heydər Əliyevin əvəzsiz,fədakar xidmətlərinin sayəsində ərsəyə gəldi və bu gün onun siyasi kursunun layiqli davamçıları cənab prezidentimiz İlham Əliyev və vitseprezidentimiz Mehriban xanım Əliyevanın səyləri ilə inkişaf etməkdədir.

“Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm,bundan sonra da bu yolla gedəcəyəm başqa yolum yoxdur.”-söyləyən Ulu Öndər bütün bunların səbəbi olaraq isə “Vətənə,xalqıma,millətimə məhəbbət,müstəqil Azərbaycan dövlətinə məhəbbət mənim həyatəmən mənasıdır”-buyurmuşdur.Bəli Ulu Öndər xalqına,onun milli-mənəvi dəyərlərinə bağlılığı,sevgisi olan səmimi,fədakar Azərbaycan oğludur.Onun haqqında keçmiş kimi danışmıram çünki,Ulu Öndərin qoyub getdiyı Azərbaycançılıq,dövlətçilik ideaları layiqıncə davam etdirilir.Heydər Əliyevin inancını,milli-mənəvi dəyərlərini,adət-ənənələrini siyasi idelogiyalardan üstün tutduğunu İlham Əliyev fəaliyyətində də müşahidə edirik.Ulu Öndərin sənətə,sənətkara verdiyi yüksək dəyəri bu gün onun diqqətinə layiq şəkildə davam etdirildiyinin şahidi oluruq.
Qəbul etməliyik ki,qloballaşan dünyada,kosmik informasiya əsrində informasiya texnalogiyalarının inkişafı ilə qazanılan nailiyyətlər uğurlu proses olsa da,milli-mənəvi dəyərlərə,adət-ənənələrə təsiri qarşısı alınmazdır.

Məhz bu baxımdan cənab İlham Əliyevin klassik irs və milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində həyata keçirdiyi tədbirlər öz nəticəsini verir.Bu tədbirlərin həyata keçirilməsində prezidenimizə ən güclü dəstək olan Vitse prezidentim Heydər Əliyev fondunun prezidenti,UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.Xanımın prezidenti olduğu Heydər Əliyev fondu dünyanın nüfuzlu təşkilatlarıyla əməkdaşlıq etməklə müxtəlif sahələri əhatə edən layihələr reallaşdırmış,konferans və festivallar keçirmişdir.Ulu Öndərin adını daşıyan bu fond onun ideologiyasına sadiq qalaraq milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm vermişdir.Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması,ölkəmizin tarixi həqiqətlərini milli mədəniyyət və incəsənətimizi əks etdirən vəsaitlərin çap olunmas fond tərəfindən xüsusi diqqətlə həyata keçirilir.Fondun təşkilatçılığı ilə dünyanın 40 dan çox ölkəsi milli mədəniyyətimizin və xalq sənətimiz olan muğamın qorunması və inkişafına diqqət və qayğının nəticəsi olaraq “Muğam aləmi” Beynəlxalq Muğam Festivalında bir araya gəlmişdi.Azərbaycanda Ümumdünya Mədəniyyətlər arası Dilq forumlarının təşkili,UNESKO ilə əlaqələrin möhkəmləndirilməsində,milli-mənəvi dəyərlərin qorunması və təbliğində Heydər Əliyev fondu və onun prezidenti respublikamızın ilk vitse prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri davam etməkdədir.

Qeyd etməliyəm ki,Azərbaycan respublikasında təkcə azərbaycanlılar və onların dəyərləri deyil, həm də burada yaşayan dinindən,dilindən asılı olmayaraq hər xalqın dəyərlərinə hörmət və ehtiram vardır.Çünki,Ulu Öndərin önəm verdiyi ən başlıca ideologiya Azərbaycanı toleorantlıq,multukulturalizm,vicdan azadlığının,bütün dindən,dilindən asılı olmayaraq hər millətin birgə,xoşbəxt,dostca yaşaya biləcəyi bir dövlətə çevirmək idi.Toleriantlıq prinsiplərində əks olunan dəyərlərə hörmətlə yanaşan,milli-mənəvi dəyərləri təbliğ edən Azərbaycanın dövlət siyasətinin əsas istiqamətini toleriantlıq təşkil edir.

Müasir dünyəvi Azərbaycan dövlətində din-dövlət münasibətləri də müasir prinsilərə uyğun olaraq tənzimlənir.Dini etiqad və vicdan azadlığı təmin olunmuşdur.Dini mənəvi dəyərlər vətəndaşların əxlaq dəyərləri olmaqla həyat normalarına çevrilməsinə dövlətimizin diqqəti artmışdır.Azərbaycan dövləti çoxmillətli dünyəvi dövlət olsa da,burada hər zaman dini etiqad azadlığı mövcud olmuşdur.Cənab prezidentimiz İlham Əliyevin müxtəlif dinlərin icma nümayəndələri ilə şəxsən görüşməsi,onların həyat tərzi və qayğılarıyla yaxından maraqlanması,Azərbaycanın İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi,Milli-Mənəvi Dəyərlərin Qorunması Fondunun təsis edilməsi,gənclərin keyfiyyətli təhsilinə diqqət,xaricdə təhsil almaları üçün yaradılan asan şərait buna sübutdur.Azərbaycan müsəlmanlarla yanaşı xristian və yəhudilərin də öz dinlərini rahatca yaşaya biləcəyi doğma vətəndir.Məhz buna görədir ki,Azərbaycan dövləti toleriantlıq və multukulturalizm siyasətilə dünyaya örnəkdir.Bütün xalqlara bu yanaşma,milli-mənəvi dəyərlərinə hörmət Azərbaycan xalqının zəngin mənəvi dəyərlərə sahib olmasından,zəngin dövlətçilik ənənələrindən xəbər verir.Bir vətəndaş olaraq düşünürəm ki,Ulu Öndərin bizə əmanət olaraq qoyub getdiyə bu gözəl,möhtəşəm,yüksək idealları olan Azərbaycan dövləti cənab prezidentimiz İlham Əliyev sayəsində daha da gözəl gələcəyə layiqincə aparılır.

Çünki, həm öz xalqının həm də bütün xalqların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, dəyər verən xalq hər zaman Allahın köməyi ilə ucalar.Bu gün cənab İlham Əliyev və onun xanımı Mehriban xanım Heydər Əliyev irsinin layiqli davamşıları olaraq milli-mənəvi dəyərlərimizə sahib çıxır,onun inkişafı və təbliği üçün nə lazımdırsa edirlər.Təbii ki,bütün xalqımız bu işdə hər zaman onlara dəstəyini,sevgisini göstərməli,hər kəs öz işləriylə yaxından kömək etməlidir.Bunun üçün hər bir vətəndaşa lazımı şəraitlər də yaradılmışdır.Azərbaycanımız dünyaya sevginin,sülhün,dostluğun örnəyi və carçısı olmalıdır.Bunun üçün gənclərimiz beynəlxalq layihələr həyata keçirməyə davam etməli ölkəmizin milli-mənəvi dəyərlərinin təbliğində dövlətimizə yaxından kömək etməlidirlər. Azərbaycanda yaşayan bütün xalqlar sizinlədir,cənab prezident!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki