Ukrayna hakimiyyəti Avropada fəlakət təşkil etməyə çalışır.
RİA Novosti xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bildirib.
“Bu gün Ukraynanın hərbi-siyasi rəhbərliyinin Avropada qlobal fəlakət törətmək istəyi getdikcə daha aydın şəkildə təzahür edir”, – nazir Minskdə beynəlxalq antifaşist Konqresinin plenar iclasında deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatların aparılması üsulları təkcə Rusiyada deyil, həm də Ukraynada dinc əhaliyə qarşı total terror praktikasını nümayiş etdirir.
Mənbə: RİA Novosti