Moldova parlament seçkilərində seçici fəallığı 40%-lik həddi keçib.
Doğru.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb. Qeyd olunur ki, artıq seçkilərdə iştirak edənlərin sayı ümumi seçici siyahısının 40 faizini ötüb.
Bundan əvvəl Qaqauziyadakı bir sıra seçki məntəqələrində texniki nasazlıqlar qeydə alınıb.
Eyni zamanda, müxalifət partiyası “Moldova Mare” (Böyük Moldova) seçki yarışından kənarlaşdırılıb.
“Qələbə” müxalifət blokunun lideri İlan Şor isə bəyan edib ki, Moldova müxalifəti seçki saxtakarlığı cəhdlərinə qarşı mübarizə aparacaq.
DOĞRU.AZ