image-n1karobka_ads
image-123
image-68d92f67ae5ac9571e5d03afbackend

Moldovada seçki məntəqəsinə bomba qoyulduğu bildirildi

image-ad_qayo_720x110px

Moldova Xarici İşlər Nazirliyi bir neçə xarici məkanda bomba təhdidinin olduğunu təsdiqləyib.

Doğru.az xəbər verir ki, Nazirliyin sosial şəbəkədə yaydığı məlumatda bildirilir ki, söhbət Brüssel, Roma, Genuya, Buxarest, Alikante və Aşevildən gedir.

Məlumata görə, bu təhdidlərin Rusiyanın guya Moldova seçki prosesinə müdaxiləsi çərçivəsində baş verdiyi iddia edilir. Diplomatik missiya əmin edib ki, “belə bir ssenariyə hazırlaşıblar” və seçki məntəqələrində videokameralar fəaliyyətini davam etdirir.

Qeyd edək ki, əvvəllər Moldova təhlükəsizlik qüvvələrinin Dnestryanı sakinlərin səsverməsinə mane olduğu bildirilmişdi. Moskvada səs verən moldovalılar isə Kişinyov tərəfindən hüquqlarının məhdudlaşdırılmasını “vəhşilik” adlandırıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki