image-n1karobka_ads
image-123
image-20230610_zaf_p34_3157-pic_32ratio_1200x800-1200x800-48567backend

Monako şahzadəsinin qeyri-qanuni oğlu taxt planlarından danışıb

Monako şahzadəsi Albertin oğlu Aleksandr Qrimaldi bütün diqqətini təhsilinə cəmlədiyini və kral gələcəyi haqqında düşünmədiyini etiraf edib.

Bu barədə o, 20 illik yubileyi ərəfəsində Fransanın “Point de Vue” jurnalına müsahibəsində danışıb.

“Bu gün həyatımda böyük əhəmiyyət kəsb edən öhdəlik universitetdəki təhsilimi başa vurmaqdır” dedi Aleksandr.

Müsahibin “Monako”nun gələcəyində tam olaraq hansı rolu oynamağa ümid etdiyini soruşduqda, Aleksandr belə cavab verib: “Mənim cəmi 20 yaşım var. İcazə verin, diplomumu alım, bu barədə danışarıq”.

Şahzadə Albertin oğlu İngiltərə universitetində biznes menecmenti üzrə təhsil alır və evdə anası və iki böyük ögey qardaşı ilə yaşayır.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki