image-2000x150px
image-123
image-ads_atlas
Mübariz Məsimovun atasının doğum günüdür- FOTObackend

Mübariz Məsimovun atasının doğum günüdür- FOTO

image-728x90px

Qurban dayının bu gün doğum günüdür. Qəmli görünürdü. Elə Zümrüd xala da… Mübariz bəysiz ilk doğum günü idi Qurban dayının… Mən bilirəm ki, Mübariz bəy yanımızda olmasa da ürəyi burda, evdədir. Bu gün onun demədiyi sözləri mən deyim düşündüm…

Atam mənim!
Mənim mənliyim, mənim təsəllim, mənim dayağım. Ata, səni görmək, əlindən öpmək, sənə sarılmaq, səsini eşitmək üçün nələri qurban edərdim…
Ata, sənsiz çox darıxıram.. Səndən çox narahatam. Heç yaxşı xəbərlər gəlmir səndən. Məni dərdli etmə!

Çəkdiyim cəza mənə daha da ağır gəlir. Üzülmə mənim üçün. Kişinin başına iş gələr də. Sən demirdin Mübariz mənə oxşa?

Sən demirdin, mərd ol, dürüst ol, sadiq ol?!

Sən dediklərini edirəm ata. Mən günahkar deyiləm!
Mən namərd deyiləm!
Az qalıb görəcəksən, Novruz bayramını bərabər qeyd edəcəyik.
Amma məni mütləq gözlə, qurban olduğun oğlunu gözlə…

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki