image-2000x150px
image-123
image-ads_atlas
image-04_fhn-turkiye-psixoloq-cemiyyetjpg-1612903088backend

Müharibə zamanı psixoloji problemlər almış vətəndaşlarımız üçün tibbi yardım göstəriləcək

image-728x90px

Doğru.az xəbər verir ki,  ikinci Qarabağ müharibəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza Fövqəladə Hallar Nazirliyi(FHN) tibbi psixoloji yardım işini davam etdirir.

Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi zamanı şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar dövlət qayğısı ilə əhatə olunur. Bu məqsədlə nazirlik Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər dəvət etməklə problem yaşayan vətəndaşlarımızın reabilitasiya prosesinin yüksəlmsinə xidmət edəcək.

Ötən müddət ərzində ümumilikdə 1800 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 160-a yaxın uşaq və yeniyetməyə psixoloji yardım göstərilib.
Psixoloji yardım işi Bakı şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə, Lənkəran və Qəbələ şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki