Amerikalı iş adamı və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Kanadanı saxta ölkə adlandırıb.
O, Kanada vətəndaşlığından məhrum edilməsi ilə bağlı petisiyaya cavab olaraq X sosial şəbəkəsində müvafiq yazı dərc edib.
“Kanada real ölkə deyil” deyə yazıb.
RİA Novosti xəbər verir ki , 160 mindən çox Kanada sakini Maskın Kanada vətəndaşlığından məhrum edilməsini tələb edən onlayn petisiya imzalayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Kanadanın müstəqil dövlət kimi mövcudluğunun onun üçün ABŞ-ın bir hissəsi olmaqdan daha pis olacağı fikrini bildirmişdi.
DOĞRU.AZ