image-2000x150px
image-123
image-ads_atlas
image-ap23134216656041-pic_32ratio_1200x800-1200x800-92472backend

Myanmada Moça qasırğası səbəbindən minlərlə insan təxliyə edilib

image-728x90px

Myanmada binaların damlarını uçuran və ən azı üç nəfərin ölümünə səbəb olan şiddətli fırtınadan minlərlə insan monastırlara, paqodalara və məktəblərə təxliyə edilib, The Guardian yazır.

Bazar günü, mayın 14-də küləyin sürəti saatda 130 mil (209 km/saat) olan Mocha siklonu Rakxayn ştatının Sittve kəndi yaxınlığında quruya çıxıb, ölkənin meteorologiya departamenti bildirib.

Myanma Müdafiə İnformasiya Administrasiyasının məlumatına görə, qasırğa Sittve, Kyaukpyu və Qva kəndlərində evlərə, elektrik infrastrukturuna, mobil telefon qüllələrinə, qayıqlara və işıq dirəklərinə ziyan vurub.

Yerli media yazır ki, Sittvenin alçaq ərazilərində küçələri və evlərin zirzəmilərini su basıb, ərazinin əksər hissəsində internet və mobil rabitə yoxdur.

Mənbə: Gazeta.ru

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki