image-2000x150px
image-firdovsi-702x432backend

Nazir müavini qışa hazırlıq məqsədilə odun tədarükü proqramından DANIŞDI

image-728x90px

Oduncaq tədarükündə şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə iyunun 7-dən etibarən ictimai dinləmələrə başlanılıb, icra, bələdiyyə, QHT nümayəndələri, kənd ağsaqqalları və ictimai fəallar oduncaq tədarükü məqsədilə keçiriləcək dinləmələrə dəvət olunub.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə veriləcək.

“İctimai dinləmələrdə yaxından iştirak etmək istəyən ictimaiyyət nümayəndələri üçün Nazirliyin rəsmi internet səhifəsində dinləmələrin keçiriləcəyi ərazi, oduncağın tədarükü və satışı həyata keçirilən rayonların adı, meşə sahəsi, tədarük yeri, vaxtı barədə əvvəlcədən məlumat veriləcək”.

F.Əliyev bu işlərdə yerli icra nümayəndələrinin, bələdiyyələrin köməyinin, dəstəyinin çox zəruri olduğunu, onlar tərəfindən oduna ehtiyacı olanların müəyyənləşdirilməsinin və prosesə nəzarətin vacibliyini vurğulayıb.

Nazir müavininin sözlərinə görə, hazırda bioloji inkişafdan qalmış, köküstə qurumuş, yıxılmış ağacların sanitar qırıntısı prosesinə hazırlıq gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir.

Odun tədarükündə ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin olunması məqsədilə nazir müavini icra, bələdiyyə, QHT nümayəndələrini, kənd ağsaqqallarını, ictimai fəalları dinləmələrdə və oduncaq tədarükündə fəal iştiraka dəvət edib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki