image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1617714713820backend

Nazir Rəşad Nəbiyev İraq Parlamentinin nümayəndə heyəti ilə görüşüb – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olan İraq Parlamentinin nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı ölkələr arasında nəqliyyat, kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən İraq tərəfinin müxtəlif sahələrdə Azərbaycan təcrübəsindən yararlanma imkanları müzakirə edilib.

Görüşdə həmçinin Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi və hava daşımaları sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

DOĞRU.AZ

image-fb_img_1617714703546 image-fb_img_1617714706055 image-fb_img_1617714708527 image-fb_img_1617714710822 image-fb_img_1617714713820

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki