image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1618342738279backend

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüş keçirib – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, bgün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında avtomobil və hava nəqliyyatı, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin GUAM və TRASEKA kimi beynəlxalq təşkilatlar və təşəbbüslər çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

DOĞRU.AZ

image-fb_img_1618342735358 image-fb_img_1618342740913 image-fb_img_1618342743536 image-fb_img_1618342746136 image-fb_img_1618342748690

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki