image-2000x150px
image-123
image-ads_atlas
Nazirlik əhalini ehtiyatlı olmağa çağırdıbackend

Nazirlik əhalini ehtiyatlı olmağa çağırdı

image-728x90px

“Ölkə ərazisində havanın dəyişəcəyi ilə əlaqədar əhalidən diqqətli və ehtiyatlı olmalarını xahiş edirik”.

Doğru.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

“Hamıya məlumdur ki, mart qeyri-sabit keçən aydır, bu ayda dəyişkən hava hadisələri gözləniləndir. Mart ayı üçün xarakterik olan güclü küləyin əsəcəyini nəzərə alaraq vətəndaşlara müraciət edirik ki, ehtiyatlı davransınlar, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamasınlar, ən əsası uşaqları küləkli havada nəzarətsiz buraxmasınlar. Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”, – deyə qurum rəsmisi qeyd edib.

İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki