image-2000x150px
image-123
image-ads_atlas
image-1706952133341backend

Nəfəs İctimai Birliyi” “SOS Uşaq Kəndləri Azərbaycan” gəncləri ilə görüş təşkil edilib – FOTO

image-728x90px

2 Fevral Gənclər Günü münasibətilə “Nəfəs İctimai Birliyi” və Huner Group-un birgə təşkilatçılığı ilə “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının gəncləri ilə görüş təşkil edilib.

Huner Group-un ofisində baş tutan görüşdə “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Huner Group-un təsisçisi və direktoru Ehtiram Quliyev və Assosiasiyanın gəncləri, müəllim heyəti iştirak ediblər. Qonaqlar əvvəlcə ofislə tanış olublar, daha sonra ofisin istirahət və əyləncə üçün ayrılmış xüsusi sahəsində maraqlı vaxt keçiriblər. Olduqca faydalı keçən görüşdə Firəngiz Balakişiyeva və Ehtiram Quliyev gənclərin qayğıları ilə maraqlanıb. Onların gələcəklə – karyera və təhsil hədəfləri ilə bağlı dəyirmi masa ətrafında uzun-uzun müzakirələr aparılıb, tövsiyyələr verilib. Gənclərlə yenidən görüş təşkil ediləcəyinə və keyfiyyətli təhsil imkanları əldə etmələri üçün dəstək olunacağına dair söz verilib.

Görüşün sonunda gənclərə müxtəlif xatirə hədiyyələri təqdim edilib.

Gənclərimiz xoşbəxt və sağlam gələcəyə olan ümidlərimizdir. 2 Fevral Gənclər Günü münasibətilə bütün gənclərimizi ürəkdən təbrik edirik!

DOĞRU AZ

image-fb_img_1706951841446 image-fb_img_1706951846682 image-fb_img_1706951861109 image-fb_img_1706951867099 image-fb_img_1706951834281 image-fb_img_1706951869269

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki