Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni təyinat olubbackend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni təyinat olub

Doğru.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyevin müvafiq əmrinə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin direktoru Elman Hüseynov vəzifəsindən azad edilib.

Qeyd olunan vəzifəyə rəhbərlik Ənvər Yusifova həvalə olunub.

Qeyd edək ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 41 600 manatdır. Şirkət dövlətə məxsus rabitə müəssisələrinin mühafizəsini həyata keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki