image-2000x150px
image-123
image-ads_atlas
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 yaşlı “Şəbəkə”-nin uğurları davam edir VİDEObackend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 yaşlı “Şəbəkə”-nin uğurları davam edir VİDEO

image-728x90px

Doğru.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 2017-ci il fevral ayının 10-da ilk “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib. Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt

Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir. “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarında və respublikanın digər müvafiq şəhər və rayonlarında yaradılması istiqamətində işlər davam etdirilir.
Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur.

“Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca satışı, pul köçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir.
Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” – ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar, bayram günləri də xidmət göstərilir. “Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın artırılmasıdır.
Qeyd edək ki, son bir il ərzində “Şəbəkə” xidmət mərkəzlərinə 1 milyon 91 min 215 vətəndaş müraciət edərək göstərilən müxtəlif xidmətlərdən faydalanıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki