Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verib.
Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumatdan sonra dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
FHN-in məlumatına görə, yanğının söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam edir. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
DOĞRU.AZ




























