İsraildə sənaye və təhlükəsizlik mütəxəssisləri general-mayor Roman Hoffmanın Mossad direktoru təyin edilməsini tənqid ediblər.
Doğru.az xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb.
Məlumata görə, kadr qərarı Benjamin Netanyahunun lazımi təcrübəsi olmayan, lakin şəxsən ona sadiq şəxsləri yüksək vəzifələrə gətirmək istəyi kimi qiymətləndirilib. Təhlükəsizlik üzrə ekspert Yoav Limor bildirib ki, “Hoffman istedadlı zabitdir, lakin onun bacarıqları bu vəzifəyə uyğun deyil”.
Qeyd edək ki, Netanyahunun hərbi katibi olmuş Hoffman 2 iyun 2026-cı ildən etibarən beş il müddətinə Mossad rəhbəri kimi fəaliyyətə başlayacaq.
DOĞRU.AZ

























