Nyu-York merliyinə namizəd Zohran Mamdani bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verəcək.
Doğru.az xəbər verir ki, bu məlumatı The New York Times qəzeti təqdim edib.
Qeyd olunur ki, Mamdani seçiləcəyi təqdirdə İsrail baş nazirinin şəhərə gəlişi zamanı onu həbs etmək əmri Nyu-York Polis Departamentinə veriləcək.
Bundan əvvəl iyunun sonunda ABŞ prezidenti Donald Tramp Netanyahunun məhkəməsini dayandırmağa çağırıb.
DOĞRU.AZ