image-2000x150px
image-123
image-ads_atlas
image-1530685745_avtobus_bakubus-bnabackend

Ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti 06:00-dan etibarən bərpa olunur – VİDEO 

image-728x90px

Vətəndaşlar deyirlər ki, avtobuslar işləmədiyindən əksər vaxtı işə taksi ilə getməyə məcbur olublar. Bu da onların büdcəsi üçün əlavə xərcdir.

Taksi sürücülərinin sözlərinə görə, bu müddət ərzində müştəriləri çox olub.

Vətəndaşlar avtobusların işə başlayacağına sevinsələr də, bəzi çətinliklərin aradan qaldırılmasını gözləyirlər. Onların intervalların azaldılmasını və xəttə daha çox avtobusların çıxarılmasını istəyirlər ki, sıxlıq yaşanmasın.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sərnişindaşıma qaydalarına uyğun olaraq sabah da həm xətlərə çıxarılan avtobusların sayı, həm də avtobuslararası intervalı sərnişin tələbatına uyğun tənzimlənəcək. Lakin yollarda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq olarsa bu zaman intervallarda gecikmələrin olması da istisna deyil: “Bunun olmaması üçün fərdi avtomobil sürücülərinə tövsiyə edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşılsın və mümkün qədər avtobusların hərəkətinə maneə yaradılmasın”.

Qeyd edək ki, sabahdan etibarən şəhərdaxili ictiami nəqliyyatın fəaliyyətinə icazə verilsə də, rayonlararası avtobusların hərəkətinə qoyulan qadağa hələ də qüvvədədir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki