Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı bəyanatına münasibət bildirib.
Doğru.az xəbər verir ki, Orban “Döyüş saatı” verilişində çıxışı zamanı Trampın Ukraynanın guya öz ərazilərini geri ala biləcəyi ilə bağlı fikirlərinə cavab verib. Onun sözlərinə görə, Ağ Evin rəhbəri bu məsələ ilə bağlı onun rəyini soruşub.
“Mən cavab verdim ki, münaqişənin nəticəsi həll olundu: ruslar qalib gəldi. Bu məsələ bağlandı”, – Orban deyib.
Macarıstan lideri daha əvvəl də bildirmişdi ki, Ukrayna ərazisinin beşdə birini itirib və buna görə ölkənin suverenliyi faktiki olaraq yoxdur. O, həmçinin vurğulayıb ki, Qərbin maliyyə dəstəyi olmadan Ukrayna mövcudluğunu itirə bilər.
DOĞRU.AZ