image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240219-wa0055backend

OYKOS” İnkişaf Mərkəzinin 2-ci filialının rəsmi açılışı oldu

image-728x90px

-Niyə məhz “Oykos” ?

Mənası nədir?

“Oykos” sözü yunan dilindən tərcümədə Ailə deməkdir.5 ildir ki,biz hər zaman kollektivimizlə və bizə müraciət edən valideynlərlə ailə olmuşuq ona görə də, bu adla özümüzü tapdıq.

-Xüsusi qayğıya ehtiyacı olan insanların hərtərəfli inkişafı üçün xidmətlər təklif edən “Oykos” inkişaf mərkəzində:

-Loqoped

-Psixoloq

-Erqoterapiya

-Refleksoloji masaj

-Qrup terapiyaları

-Təlimlər,kurslar,seminarlar,asosiallığı aradan qaldırmaq kimi xidmətlərin bir mərkəz altında birləşdirilməsi bu xidmətlərdən faydalanmaq istəyənləri anında doğru istiqamətə yönləndirməyə imkan verəcək.

Açılış mərasimini açıq elan edən “OYKOS” İnkişaf Mərkəzinin təsisçisi Şəhla Əliyeva ölkəmizdə bu kimi mərkəzlərə böyük ehtiyac olduğunu vurğulayıb.

Mərkəzin inkişafı ilə bağlı atılacaq addımlarla bağlı məsələyə də toxunan Şəhla xanım Oykos İnkişaf Mərkəzinin bu istiqamətdə Türkiyənin bir neçə əsas özəl mərkəzləri ilə birgə əməkdaşlıq etdiklərini söylədi.

Qeyd edək ki, “OYKOS” İnkişaf Mərkəzinin açılış tədbirində 150-dən çox qonaq iştirak etmişdir. Dəvət olunanlar sırasında ölkənin dövlət rəsmiləri,şirkət rəhbərləri,incəsənət adamları və digər şəxslər yer almışdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki