image-2000x150px
image-123
image-ads_atlas
image-pakistan_flagbackend

Pakistanda yeni baş nazir seçiləcək

image-728x90px

Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) üzvləri bazar günü ölkənin yeni baş nazirini seçəcəklər.

Bu barədə Milli Assambleyanın Katibliyi məlumat yayıb.

Məlumata görə, yeni hökumət başçısının müəyyənləşməsi üçün seçkilər martın 3-də keçiriləcək.

Bu vəzifə uğrunda Milli Assambleyaya seçkilərdə müstəqil namizəd kimi qalib gələn Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının yüksək vəzifəli funksioneri Ömər Əyyub Xan mübarizə aparır.

Cümə axşamı 16-cı Milli Assambleyanın ilk iclası keçirilib və bu iclasda yeni seçilmiş deputatlar and içib.

Qeyd edək ki, parlamentdəki hakim koalisiyaya Pakistan Müsəlman Liqası rəhbərlik edir.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki