image-n1karobka_ads
image-123
image-c1samifegymeewhfr9fzo2am39mklmk3fcpuawsa_640backend

Pakistanın hakim partiyasına yenidən keçmiş baş nazir rəhbərlik edəcək

image-ad_qayo_720x110px

Pakistanın keçmiş baş naziri Navaz Şərif yenidən özünün yaratdığı, hakim Pakistan Müsəlman Liqası-N (PML-N) partiyasına rəhbərlik etməyə hazırlaşır.

Bu barədə “Business Recorder” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, mayın 28-də Lahor şəhərində PML-N Baş Şurasının iclası keçiriləcək və orada Nəvaz Şərifin partiyanın sədri seçiləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 11-də Nəvaz Şərifin kiçik qardaşı, Baş nazir Şahbaz Şərif son altı ildə tutduğu PML-N-in sədri vəzifəsindən istefa verib.

Xatırladaq ki, fevralın sonunda həmçinin “The News” qəzeti də PML-N rəhbərliyində dəyişikliklərin mümkünlüyü barədə yazmışdı. Yazıda qeyd edilmişdi ki, Nəvaz Şərif PML-N-in sədri vəzifəsində Şahbaz Şərifi əvəzləyəcək, çünki o, Pakistanın baş naziri kimi and içdikdən sonra partiya işlərini idarə etməkdə çətinlik çəkəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki