image-2000x150px
image-123
image-ads_atlas
image-ictimai_9dc9a0d64bcc51ffe3292beb58348b13_nczit5l03ajmbueo81rhbackend

Park Cinema-da “Gizli Zərbə” və həyəcan dolu gecə!

image-728x90px

25 iyul tarixində Park Cinema Alov Qüllələri kinoteatrında”Gizli Zərbə” filminin qapalı nümayişi keçirildi.

Doğru.az xəbər verir ki, filmin nümayişindən öncə, qonaqlar filmə həsr olunan, əyləncədolu tədbirdə iştirak etdilər.Tədbirdə 280 nəfərə yaxın qonaq iştirak etdi, bunların arasındaKİV nümayəndələri, blogerlər,aktyorlar, mədəniyyət vəincəsənət xadimləri yer aldılar.

Qeyd edək ki, “Gizli Zərbə” filminin qapalı nümayişi rəsmipremyeradan 2 gün öncə keçirildi və nümayişdə iştirak edənlərfilmi ilk izləyənlərdən oldu.

Baş rollarda Ceki Çan və Con Sinanın olduğu filmdə, iki keçmişxüsusi təyinatlı əsgərin, İraqda xilasetmə əməliyyatından behsedilir. Böyük qarət həyata keçirmək istəyən dəstənin qarşısınıyalnız baş qəhramanlarımız ala bilər.

Tamaşaçılar 27 iyul tarixindən etibarən “Gizli Zərbə” filminəPark Cinema şəbəkəsinin Park Bulvar, Metro Park, AlovQüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarında izləyəbilərlər.

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində“Super Gün” , “Tələbə” və “Ailə Tarifi”  aksiyaları davam edirvə “Gizli Zərbə” filmini izləmək istəyənlər biletləri xüsusiendirimlə əldə edə bilərlər. Biletləri www.parkcinema.az saytından və ya kinoteatr kassalarından əldə edə bilərsiniz.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki