image-n1karobka_ads
image-123
image-pasinyanbackend

Paşinyan: “Ermənistan NATO-ya üzv olmaq imkanını müzakirə etmir”

“Ermənistan NATO ilə alyansa daxil olmaq imkanını müzakirə etməyib və müzakirə etmir”.

Bunu baş nazir Nikol Paşinyan “The Daily Telegraph”a müsahibəsində deyib.

Bu, bizim daha əvvəl və ya indi müzakirə etdiyimiz məsələ deyil”, – deyə o bildirib.

O əlavə edib ki, KTMT-də üzvlüyün saxlanılması məsələsi mübahisəli sayıla bilər.

“Ermənistanda (müdafiə üzrə) alyanslara üzvlük strategiyasının Ermənistanın uzunmüddətli maraqlarına uyğun olub-olmaması və nə dərəcədə uyğun olması ilə bağlı müəyyən müzakirələr gedir”, – deyə Paşinyan əlavə edib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki