image-ads_n1karobka_mobile
image-69e79cb2ae5ac953194905e7backend

Paşinyan NATO nümayəndəsini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüş keçirib. Görüş zamanı baş nazir regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün Ermənistanla NATO arasında əməkdaşlıq və sıx dialoqun vacibliyini vurğulayıb.

Doğru.az xəbər verir ki, tərəflər əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran sahələrdə proqramların həyata keçirilməsini müzakirə ediblər.

Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte bundan əvvəl alyansın Ermənistan və Azərbaycanla dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki