Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişindəki 17 bənddən 15-də razılığa gəliblər.
“Hələlik razılıq əldə olunmayan iki maddədən biri üçüncü ölkələrin qoşunlarının sərhəddə yerləşdirilməsinə, digəri isə beynəlxalq məhkəmələrdə mübahisələrə aiddir”, – TASS onun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, sülh sazişinin qalan 15 bəndi razılaşdırılıb.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi üçün heç bir səbəb görmür.
Bundan əvvəl o, dəmir yolu əlaqəsi təklifinin həm Bakıya, həm də İrəvana uyğun olacağını bəyan etmişdi .
DOĞRU.AZ