image-n1karobka_ads
image-123
image-fotojet-2022-12-15t001326-155-1backend

  Paytaxtda iki avtomobil toqquşudu: Xəsarət alan var

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşını ilə “Honda” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Honda” markalı maşının sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Nizami Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər.

Hadisənin təfərrüatı araşdırılır.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki