image-n1karobka_ads
image-123
image-68b98717ae5ac9662f23e604backend

Pedro Sançes Parisdəki sammitə təyyarə nasazlığı səbəbindən gedə bilmədi

image-ad_qayo_720x110px

İspaniyanın baş naziri Pedro Sançes təyyarədə yaranan texniki nasazlıq səbəbindən “istəklilər koalisiyasının” Ukrayna ilə bağlı iclası üçün Parisə gedə bilməyib.

Doğru.az xəbər verir ki, “El Pais” qəzetinin məlumatına görə, Sançes Parisə uçduqdan sonra təyyarəsi xarab olduğundan Madridə qayıtmağa məcbur olub. Baş nazirin sammitdə görüşdə uzaqdan iştirak edəcəyi gözlənilir.

Daha əvvəl “The New York Times” mənbələrə istinadən yazıb ki, “istəklilər koalisiyasının” cümə axşamı, sentyabrın 4-də Parisdə keçiriləcək toplantısında Ukrayna münaqişəsinin həlli variantları ətraflı araşdırılacaq və təkliflər təqdim olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki