image-n1karobka_ads
image-123
image-6w5kui6fup1vcdmpplfdr4nfvi1kgln7j6zzdicv_1200backend

Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Əlavə edilib ki, elmi dərəcə və elmi ada malik şəxslərə, elmi-pedaqoji təcrübəsi olan mütəxəssislərə üstünlük veriləcək.

“İşə qəbul prosesi DİN tərəfindən müəyyən edilmiş qaydada, şəffaf və obyektiv əsaslarla həyata keçirilir. Yalnız vakant vəzifələrin tələblərinə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar”, – deyə məlumatda vurğulanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki