image-n1karobka_ads
image-123
image-40361_q056c6l7j3backend

Polisin “saxla” əmrinə tabe olmadı – HƏBS EDİLDİ

Ağstafada yol hərəkəti qaydalarını pozduğu üçün polisin “saxla” işarəsinə məhəl qoymayan sürücü həbs edilib.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” əmri verilib. Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib.

Keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb. Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında avtomobil idarə edən sürücü-Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə edən A.Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

DOĞRU.AZ

image-40359_5n357t7moq image-40360_f3zcbvmozl

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki