Polşa hava məkanında pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentdən sonra rəsmi Varşava BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edib.
Doğru.az xəbər verir ki, bu barədə quruma sədrlik edən Koreya Respublikasının BMT-dəki missiyası məlumat yayıb.
“RIA Novosti”nin yazdığına görə, sorğu Polşa tərəfindən edilib.
Qeyd edək ki, Polşa prezidenti Karol Navroçki sentyabrın 11-də ölkənin Təhlükəsizlik Şurasının iclasını da çağırıb.
Rusiya Müdafiə Nazirliyi isə Polşada sona çatdığı deyilən PUA-ların diapazonu barədə açıqlama verib. Rusiyanın müvəqqəti işlər vəkili həmin PUA-ların Polşaya Ukrayna tərəfindən uçduğunu bildirib.
DOĞRU.AZ