image-n1karobka_ads
image-123
image-ap21357592767560-pic_32ratio_900x600-900x600-96150backend

Polşa sərhədçiləri Belarusdan atəşə tutulub

image-ad_qayo_720x110px

Polşa sərhədçiləri Belarus tərəfindən atəşə tutulub.

Bu barədə polkovnik Arkadiuş Tyvonyuk RMF24 radiosunda bildirib.

Hadisə nəticəsində Polşa sərhəd xidmətinin avtomobilinə ziyan dəyib. Tyvonyukun sözlərinə görə, yüksək sürətlə atılan mərmi maşının yan şüşəsini deşib. O qeyd edib ki, möcüzə nəticəsində ekipaj xəsarət almayıb. Sözügedən silahın hansı növü məlum deyil. Tywoniuk bunun pnevmatik olduğunu düşünür.

Polkovnik etiraf edib ki, hadisəyə görə Polşa sərhədinə yaxın miqrantlar məsuliyyət daşıya bilər. Onun sözlərinə görə, qaçqın düşərgəsindən demək olar ki, hər gün Polşa patrullarına doğru daşlar atılır.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki