image-2000x150px
image-123
image-ads_atlas
image-1601535621-7474backend

Polşa Türkiyədən “Bayraktar” PUA-ları alacaq

image-728x90px

Polşa Türkiyədən 24 ədəd tank əleyhinə raketlərlə silahlanmış pilotsuz uçuş aparatı almağa qərar verib.

Bu barədə TASS Polşanın Müdafiə naziri Mariuş Blaszaka istinadən yazıb.

Müdafiə naziri “Bayraktar” tipli PUA alacaqlarını bildirib. O, sözügedən silahın olduqca effektli olduğunu və təcavüzkarları qorxutduğunu qeyd edib.

Blaszakın sözlərinə görə, PUA-ların alışı ilə bağlı müqavilə bazar ertəsi başlayacaq Polşa Prezidenti Anjey Dudanın Türkiyəyə səfəri zamanı imzalanacaq.

“İlk komplekt Polşa ordusuna bir il sonra 2022-ci ildə təhvil veriləcək”, – deyə nazir bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki