image-ads_n1karobka_mobile
image-fotojet-2024-01-13t134502-764backend

Polşa Ukrayna ilə sərhəddə təyyarələrini havaya qaldırdı

Polşa Rusiya aviasiyasının aktivləşməsi səbəbindən Ukrayna ilə sərhəddə təyyarələrini havaya qaldırıb.

Bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının “X” hesabında məlumat verilib.

Məlumata görə, bu qərar ölkənin hava məkanının təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilib.

Bildirilib ki, Polşa Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisinə zərbə endirmək istəyən Rusiya uzaqmənzilli aviasiyasının fəallığı qeydə alınıb.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki