image-n1karobka_ads
image-123
image-image_940x_6964eeb6d806abackend

Polşa vətəndaşlara müharibə XƏBƏRDARLIĞI YAYDI

image-ad_qayo_720x110px

Polşa Milli Müdafiə Nazirliyi vətəndaşları mümkün müharibə və ya böhran vəziyyətlərinə hazırlamaq məqsədilə “Təhlükəsizlik Bələdçisi” adlı broşüranı poçt vasitəsilə paylayıb.

Ajans.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik Polsat televiziyasına açıqlama verib.

O bildirib ki, Milli Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən nəşr olunan broşüranın dörd milyon nüsxəsi artıq vətəndaşların poçt qutularına çatdırılıb. Tomçik sakinləri poçt qutularını yoxlamağa və təqdim olunan vacib məlumatlarla tanış olmağa çağırıb.

Nazir müavininin sözlərinə görə, broşüranın hər bir Polşa ailəsinə çatdırılması üçün ümumilikdə 13 milyon nüsxənin çap edilməsi planlaşdırılır. Qeyd olunub ki, materiallar onlayn formada da əlçatandır.

“Təhlükəsizlik Bələdçisi”ndə ərzaq ehtiyatlarının yığılması, təxliyə marşrutları, yaxın sığınacaqların yerləri və həyəcan siqnallarına dair cədvəllər əks olunub. Bununla yanaşı, broşürdə kiberhücumlar, təbii fəlakətlər və həyati əhəmiyyətli infrastrukturun zədələnməsi zamanı davranış qaydalarına dair tövsiyələr də yer alıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki