image-2000x150px
image-123
image-ads_atlas
image-resizer-2backend

 Polşaya raketlərin düşməsi fonunda Baş nazir Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb

image-728x90px

Keçiriləcək iclasın raketlərin düşmə ehtimalı ilə bağlı olub-olmadığı barədə məlumat verilmir…

 

Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb. Bu, Polşada iki raketin düşməsi xəbərləri fonunda baş verib.

Polşanın Lyublyana vilayətinin Pşevodov kəndi ərazisinə iki raketin düşməsi faktını ZET radiosu yayıb.

Məlumata görə, raketlər taxıl qurutma maşınlarına düşüb. Hadisə nəticəsində iki nəfər ölüb. Polis, prokurorluq və ordu hadisə yerindədir.

Keçiriləcək iclasın raketlərin düşmə ehtimalı ilə bağlı olub-olmadığı barədə məlumat verilmir.

Xatırladaq ki, noyabrın 15-də Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Polşa ilə həmsərhəd olan Lvov vilayətinə də raket hücumu edilib.

***

Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndində partlayış olub.

“Report” Polşa KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.

NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya bugünkü genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu güman edilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki