image-n1karobka_ads
image-123
image-68d0523002e8bd20332cd348backend

Portuqaliya Fələstini rəsmən tanıdı

image-ad_qayo_720x110px

SIC Notícias telekanalının məlumatına görə, Portuqaliya hakimiyyəti Fələstini rəsmən tanıyıb.

Doğru.az xəbər verir ki, bu barədə bəyanatı ölkənin xarici işlər naziri Paulo Rangel açıqlayıb: “Portuqaliya bazar günü Fələstin Dövlətini rəsmən tanıdı”.

Xatırladaq ki, bundan əvvəl Kanada, Böyük Britaniya və Avstraliya da Fələstini tanıdıqlarını bəyan etmişdilər.

Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu hökumətin iclasında çıxış edərək, Fələstin dövlətinin yaradılmasının İsrailin mövcudluğunu təhdid etdiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki