Məşhur PowerPoint təqdimat proqramının yaradıcısı Dennis Ostin Kaliforniyada 75 yaşında vəfat edib.
Bu barədə Washington Post məlumat yayıb.
Nəşrin məlumatına görə, Ostin Kaliforniyada, Los Altosdakı evində dünyasını dəyişib. Onun beyində fəsadlar yaradan ağciyər xərçəngindən dünyasını dəyişdiyi qeyd edilir.
Dennis Austin və Robert Gaskins 1980-ci illərdə PowerPoint-i inkişaf etdirdilər. Bir müddət sonra şirkət Microsoft tərəfindən satın alındı və Ostin PowerPoint-in inkişafına rəhbərlik etməyə davam etdi.
Mənbə: Gazeta.ru