image-2000x150px
image-16787743562180313646_1200x630backend

Prezident: “Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir”

image-728x90px

“Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. Çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

“Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1 000, yaxud 1 500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə – Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki