image-n1karobka_ads
image-123
image-wgip6d6a8d7ql3qwpirjs9zahirohmtkmwagprdr_1200backend

Prezident Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Azərbaycanın Laçın Beynəlxalq Hava Limanına eniş edib.

“İTV”-yə istinadən Doğru.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizə səfər edib. O, bu əlamətdar tarixdə Azərbaycana xüsusi “TUR” təyyarəsi ilə təşrif buyurub.

Ərdoğanı Ankaradan Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, Prezident Administrasiyasının baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar.

Səfər zamanı Türkiyə Prezidentini yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Onların sırasında enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Prezident Aparatının Kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun, eləcə də AK Partiyanın və MHP-nin rəhbər şəxsləri yer alıblar.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Tərəflər iki ölkə arasında əlaqələr, regional əməkdaşlıq və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.

Həmçinin, Ərdoğan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident İlham Əliyev ilə birlikdə Laçın Beynəlxalq Hava Limanının açılışında və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mədəniyyət tədbirində iştirak edəcək.

Təfərrüatları videoda izləyə bilərsiniz.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki