image-n1karobka_ads
image-123
image-68b9bc5502e8bd3fc4389cd9backend

Putin Çeçenistan hökumətinin sədri Maqomed Daudova general-leytenant rütbəsi verib

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putin Çeçenistan hökumətinin sədri Maqomed Daudova general-leytenant rütbəsi verib.

Doğru.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

“Rusiya Prezidenti öz sərəncamı ilə əziz qardaşım, Çeçenistan Respublikası Hökumətinin sədri Maqomed Daudova general-leytenant ali hərbi rütbəsi verib”, – Kadırov Telegram-kanalında yazıb.

Kadırov bildirib ki, bu rütbə Daudovun əməyinə, şücaətinə və Vətənə sədaqətinə verilən ədalətli qiymətdir. Həmçinin, o, baş nazirin işinə verdiyi yüksək qiymətə görə Putinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bundan əvvəl DXR rəhbəri Denis Puşilin Donbasa ön və arxa cəbhədə dəstək verdiyinə görə Çeçenistan Respublikasının 19 hərbi qulluqçusu və hökumət rəsmilərini mükafatlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki