image-ads_n1karobka_mobile
image-fotojet-2022-12-16t133723-912backend

Putin Lukaşenko ilə danışıqlar üçün Belarusa səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Bu barədə məlumatı Kremlin mətbuat xidməti təsdiqləyib.

Görüş çərçivəsində iki dövlətin liderləri Rusiya-Belarus münasibətlərinin gələcək inkişafının əsas məsələlərini, İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığını vurğulamaqla strateji tərəfdaşlığı müzakirə edəcəklər.

Onlar həmçinin beynəlxalq və regional gündəliyin əsas mövzularını masaya yatıracaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki