image-2000x150px
image-123
image-ads_atlas
image-putin-640x426backend

Putindən NÜVƏ SİLAHININ istifadəsi ilə bağlı anons

image-728x90px

“Rusiyanın strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.

O, Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin dəfələrlə artdığını bildirib.

“Kinjal” (hipersəs aviasiya raket kompleksi) nəinki arsenalımızdadır, hətta artıq istifadəyə də verilib. “Tsirkon” (Rusiyanın hipersəs gəmi əleyhinə raketi – red.) da artıq istifadə olunur”, – deyə o vurğulayıb.

Putin ABŞ-nin ciddi şəkildə strateji sabitlik məsələlərini müzakirə etməyə və eyni zamanda, Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyindən danışmağa hazırlaşdığını bildirib, bunu riyakarlıq adlandırıb.

Prezident, həmçinin, Rusiyanın kosmosa nüvə silahları  yerləşdirməsi ilə bağlı deyilənləri yalan adlandırıb.

Bununla belə, o, Rusiyada yeni silahlar üzərində işlərin davam etdirildiyini və tezliklə onlar haqqında məlumat veriləcəyini vurğulayıb.

“Burevestnik” qanadlı raketinin və “Poseydon” sisteminin sınaqları tamamlanmaq üzrədir, onların unikal xüsusiyyətləri təsdiqlənib”, – deyə prezident qeyd edib.

Putin NATO-nun Şərqə doğru növbəti genişlənməsi, həmçinin, İsveç və Finlandiyanın alyansa cəlb olunması ilə bağlı təhlükələri neytrallaşdırmaq üçün Qərb strateji istiqamətində qrupları gücləndirməyin lazım olduğunu qeyd edib.

Mənbə: “Mash” “Telegram” kanalı

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki